İNQLAB -Xalqın hüququdur.Müxalifət liderlərinə müraciət olundu




Hörmətli İsa Bəy,Cəmil Bəy və Əli Bəy!

-Hərkəsə bəllidir kl, Siz üçünüz də prezidentliyə iddialı siyasətçilərsiniz(təbii) . Mənim bir əqidadaş və dost kimi Sizə sualım var .

Çox istərdim ki,demokratiyanı sevən bir insanlar kimi ,aşkar formada bu sualıma xalq qarşısında cavab verəsiniz. Beləliklə . İlham Əliyev və onun formalaşdırdığı mütəşəkil cinayətkar Banda 2003 cü ildən ümümilikdə 350-400 milliard dollar xalqın sərvətini talan etmişlər. Bu müddət ərzindəonlarla siyasi xadimi,jurnalistləri,siyasi sifarişlə qətlə yetirmişlər.Rüşvət -korrupsiyanı və digər cinayətləri dövlət idarəçilik sisteminə çevirmişlər. İndi onlar dəlidilər ki, hakimiyyəti seçki yolu ilə Sizə ötürsünlər . Axı bu onların nəinki özlərinin ,hətta tayfalarının məhvi deməkdir. Güya referendum yolu ilə rəsmiləşməsə Azərbaycanda sülalə rejimi olmayacaq. Gəlin 10 million xalqı aldatmayaq.Müxalifət naminə -müxalifət olmayaq. Hər 3 də gözəl bilirsiniz ki, Azərbaycanda inqlab olmasa Kriminal hakimiyyəti dəyişmək mümkün olmayacaq(Sem dayıda kömək etməyəcək) .

Bəli İNQLAB .-xalqın hüququdur. Çün ki, hakimiyyət 23 ildi qanunsuz (sadəcə dövlət çevrişini seçki yolu ilə hər dəfə qanunlaşdırıllar) hakimiyyəti zəbt ediblər. Hələ 2 trillion dəyərində neft -qaz ehtiyatı qalıb . Kriminal rejimi xarici dövlətlər devirəcəklər ,ancaq təbii sərvətlər qurtarandan sonra . Beləliklə mən deyirəm – qorxmadan xalqı İnqilaba hazırlamaq lazımdır . Kim bu məsüliyyəti boynuna götürsə o da Millətin -xalqın Lideri olacaq (Yoxsa millət bezdi bu iddealardan o partiya deyir lider bizik o biri partiya deyir lider bizik) Buyurun Lider olmaqınızi işdə sübut edin . Başqa yol -yox . Çünki, qanun qəbul olunduqdan sonra xalqın müxalifətə heç bir ehtiyacı olmayacaq. Artıq statusumuz Şahın qulları statusu olacaq.- Hörmətlə Hüquq müdafiəçisi,sabiq Vicdan Məhbusu Vidadi İsgəndərli