Qızları Əhliman Əmiraslanov vəzifəli şəxslərə pulnan satırdı



Partiya sədrindən Əhliman Əmiraslanova qarşı inanılmaz ittihamlar

Hafiz Hacıyev: “Azərbaycan Tibb Universitetində oxuyan qızları Əhliman Əmiraslanov vəzifəli şəxslərə pulnan satırdı”.
“Oktay Şirəliyev bəzi məsələləri deyə bilmir, çünki ya qorxur, ya da çəkinir”.
Bu sözləri Hafiz Hacıyev Azərbaycan səhiyyəsindəki acıncaqlı vəziyyəti PİA.AZ-a şərh edərkən deyib.
Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyəti də heç kimə sirr deyil. Azərbaycanda əhalinin böyük hissəsi səhiyyənin vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından, xəstəxanalardakı vəziyyətdən narazdır. Fakt budur ki, vətəndaş ölkə səhiyyəsinə etimad göstərmir. Özəl və dövlət xəstəxanalaında göztərilən xidmətlərin səvissəsi həddindən aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həmçinin ölkədədərmanlar baha və keyfiyyətsizdir. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatınıön gündəmindən düşmür. Yəni, qısacası Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir. Bu üzdən də Azərbaycan vətəndaşları bir qayda olaraq xaricdə müzlicə olunmağa üstünlük verirlər. Adətən varlılar və məmurlar Avropa ölkələrində, orta təbəqə isə İranda müalicə olunmağa üstünlük verirlər.

Hafiz Hacıyev: “Azərbaycan səhiyyəsinin evini Əhliman Əmiraslanov yıxıb”
 “Azərbaycanda problem olmayan sahə yoxdur. Bu gün elə bir şərait yaranıb ki, hər şeyə böyük təzyiqlər var. Yəni hər bir sahədə Azərbaycanda problem var. Amma demək istəyirəm ki, əvvəlki illərə müqayisədə səhiyyədə müəyyən irəliləyiş olub. Buna baxmayaraq səhiyyədə müəyyən kadr islahatları aparılmalıdır. Kadr islahatlarının aparılmasında da nazir cəsarətli addım atmalıdır. Son vaxtlar səhiyyəmizdə dəhşətli problemlər oldu. Məsələn insanın sağlam qılçasın kəsirlər, insanların sağlam gözün kor edirlər və s. Bir söznən o biri sahələr necədirsə, səhiyyəmizdə də elə bir vəziyyət yaranıb. Əgər biz bütün sahələrdə islahatlar aparmasaq, vəziyyət gərginləşə-gərginləşə gedəcək. Bu sözləri deyənlərə də ciddi təzyiqlər olur. Biz demirik həkim işləyək, hərənin öz sahəsi var. Amma ictimaiyyət arasında olan problemləri, müzakirə olunan məsələləri biz gündəmə çıxarmaq istəyirik. 

Hafiz Hacıyev: “Səhiyyə naziri getsin Almaniyada müalicə olunsun, sonra da desin ki, bizim səhiyyə də inkişaf edir”.
Bu baxımdan səhiyyədə də ciddi kadr islahatları aparılmalıdır.

Azərbaycan səhiyyəsi o qədər inkişaf edibsə, onda niyə Oktay  gedib Almaniyada müalicə olunur? Niyə öz həkimlərinə müalicə olunmur? Bu gülməli bir analoqdu. Səhiyyə naziri getsin Almaniyada müalicə olunsun sonra da desin ki, bizim səhiyyə də inkişaf edir. Mən də nazir olmuşam və bilirəm ki, bunları deməyin yeri var. 
Axı ictimaiyyətin qəbul etmədiyi məsələlər var. Jurnalistlər də bu cür məslələrin incəliyinə gedir və bizə sual verirlər. İndi mən də deyə bilmərəm ki, Azərbaycanda səhiyyə əladı, çünki əla deyil. 

Onu da qeyd edim ki, Azərbaycan səhiyyəsinin evin Əhliman Əmiraslanov yıxdı. Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyi 15 ildə Azərbaycan səhiyyəsinə kadr verə bilmədi. Çünki onun dövründə Tibb Universitetində oxuyan bütün qızlar böyük adamların övladları idi.Həmin qızları da Əhliman Əmiraslanov vəzifəli şəxslərə pulnan satırdı. Oktay Şirəliyev də bəzi məsələləri deyə bilmir, çünki ya qorxur, ya da çəkinir. Amma reallıq budur ki, Azərbaycan səhiyyəsi acınacaqlı vəziyyətdədir. Mən də həmişə reallığı demişəm.