Natiq Cəfərli həbs edildi



Bakının Nəsimi rayon məhkəməsinə aparılan Natiq Cəfərli barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.
İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O,2008-ci ildə yaradılmış „Respublikaçı Alternativ“ (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.
Avqustun 12-də saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.
Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: „Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir,“ vəkil deyir. Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.

PS: Qanunsuz sahibkarlıqla bağlı videosu yayılan deputat Tahir Süleymanov, qanunsuz sahibkarlığa görə həbs edilən Natiq Cəfərli 😦